İdman

Azərbaycanlı atlet Fransada keçirilən beynəlxalq turnirin qalibi olub

12 Fevral 2019 12:04
0 Şərh     Baxış: 581

Azərbaycanlı atlet Nazim Babayev Fransanın Metz şəhərində keçirilən beynəlxalq elit turnirin qalibi adını qazanıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə N.Babayev üçtəkanla tullanma yarışında 16,67 metr nəticə ilə birinci yeri tutub. O, bu nəticə ilə fransalı atlet Mamadu Dia Çerif (16,09 metr) və belaruslu Dimitri Platinskini (15,87 metr) qabaqlayıb.

Qeyd edək ki, Nazim Babayev ötən il Avropa çempionatında 4-cü yeri tutmuşdu.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.