İdman

“Alaves”dən inamlı qələbə

12 Fevral 2019 08:13
0 Şərh     Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasında 23-cü tura yekun vurulub.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda "Vilyarreal" "Valyadolid"lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz heç-heçə ilə ayrılıblar.

Şənbə günü daha dörd görüş baş tutub. "Xetafe" doğma meydanda "Selta"ya, "Espanyol" "Rayo Valyekano"ya qalib gəlib. "Jirona" isə "Hueska" ilə ev oyunundan məğlub ayrılıb.

21-ci turun maraqla gözlənilən qarşılaşması Madriddə keçirilib. "Atletiko" doğma azarkeşləri önündə "Real"ı qəbul edib. Dörd qolun qeydə alındığı paytaxt derbisində "Real" inamlı qələbəyə sevinib.

"Barselona" bu turda çətin "Atletik" səfərinə yollanıb. Kataloniya təmsilçisi Bilbaoda növbəti xal itkisi ilə üzləşib. "Valensiya" "Real Sosyedad"la "sülh bağladığı" halda, "Sevilya" da "Eybar"la ev oyunundan heç-heçə ilə ayrılıb. Günün yeganə qalibi isə "Betis"i darmadağın edən "Leqanes" olub.

Turun qapanış matçında "Alaves" doğma meydanda "Levante" üzərində inamlı qələbəyə sevinib.

İspaniya La Liqası, 23-cü tur

8 fevral

Valyadolid - Vilyarreal 0:0

9 fevral

Xetafe - Selta 3:1
Qol: Mata, 39-pen; 81. Molina, 62 - Arauxo, 2.

Atletiko - Real 1:3
Qol: Qrizmann, 25 - Kazemiro, 16. S.Ramos, 43-pen. Q.Beyl, 74.

Espanyol - Rayo Valyekano 2:1
Qol: B.İqlesias, 72. Darder, 90 - A.Ba, 33.

Jirona - Hueska 0:2
Qol: Avila, 35; 40.

10 fevral

Leqanes - Betis 3:0
Qol: En Nesiri, 22; 36; 66.

Valensiya - Real Sosyedad 0:0

Sevilya - Eybar 2:2
Qol: Ben Yedder, 88. Sarabia, 90 - Orelyana, 22. Çarles, 63.

Atletik - Barselona 0:0

11 fevral

Alaves - Levante 2:0
Qol: Laquardia, 23. Coni, 90.

Bombardir: Lionel Messi (Barselona) - 21 qol.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.