İdman

Joze Mourinyo Rusiya televiziyasında veriliş aparacaq

11 Fevral 2019 18:04
1 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Joze Mourinyo televiziyada işləməyə başlayacaq.

Milli.Az "report"a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis mart ayından Rusiyanın RT ("Russian Today") telekanalında "Joze Mourinyonun Diqqət mərkəzində" adlı şou aparacaq.

O, həmin proqramda gələcək oyunlar baradə proqnozlar verəcək və Çempionlar Liqasının pley-off qarşılaşmalarına dair ekspert kimi fikirlərini bölüşəcək.

"2018-ci il dünya çempionatını RT-də işıqlandırmaq mənim üçün böyük təcrübə idi. Belə möhtəşəm kollektivlə işləməyə davam edə bildiyim üçün çox xoşbəxtəm".

Qeyd edək ki, bir neçə gün əvvəl Joze Mourinyonun yenidən İtaliyanın "İnter" klubuna rəhbərlik edə biləcəyi yazılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.