İdman

Emin Mahmudovun karyerasında ilk

11 Fevral 2019 15:39
0 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Topaz Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.

Milli.Az xəbər verir ki, bu qola "Neftçi" - "Keşlə" qarşılaşmasında hesabı açan Emin Mahmudov imza atıb.

Xatırladaq ki, mövsümdə ilk qolu I turun "Sumqayıt"la oyununda (2:0) "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu "Səbail"lə VI turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə XI turun "Qəbələ" - "Qarabağ" görüşünə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

Qeyd edək ki, "Keşlə" ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.