İdman

Maurisio Sarri ağır məğlubiyyətdən sonra - Halım yoxdur...

11 Fevral 2019 11:29
0 Şərh     Baxış: 1 116

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri komandasının məğlubiyyətindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mançester Siti" "Çelsi"ni darmadağın edib - 6:0.

"Bu həftə kefim kök idi. Hər şey korlandı. Matçın üçüncü dəqiqəsində qol buraxdıq və özümüzə gəlmədik. Matça təzyiqlə başlamaq istəyirdik. İlk dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu. Rəqibə kifayət qədər boş zona yaratdıq. Problem yetərincə oldu. Baş verənləri izah edə bilmirəm. Halım yoxdur. Mançester Siti" ilə oyunda səhv etmək olmaz. Oyuna köklənməyimiz lazım idi. Bacarmadıq. Səfər oyunlarında problemlərdən qaça bilmirik. Mövsümün əvvəllərində isə evdə çətinlik çəkirdik. Bunun səbəbini tapmaq lazımdır. Özüm tək oturub matçın videotəkrarına baxmalıyam. Bundan sonra nə baş verdiyini biləcəyəm",- Sarri deyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.