İdman

Aquero rekorda şərik oldu, "Çelsi" ilk dəfə...

10 Fevral 2019 22:25
0 Şərh     Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının XXVI turunda "Mançester Siti" ilə səfər oyunu "Çelsi"nin tarixinə atirekord kimi düşüb. Milli.Az matç.az-a istinadən bildirir ki, 0:6 hesabı ilə məğlub olan London təmsilçisi bununla ilk dəfə Premyer Liqada qapısında 6 top görüb.

Buna qədər "zadəganlar" 4-dən çox top buraxmamışdı. Komanda 1991-ci ildə "Nottingem Forest"ə 0:7 hesabı ilə yeniləndə çempionat hələ Premyer Liqa adını daşımırdı.

Bugünkü qarşılaşmada rəqib qapısından 3 top keçirən "Mançester Siti"nin hücumçusu Serxio Aquero isə 11-ci dəfə het-trik müəllifi olub. Bununla o, Premyer Liqanın rekordçusu Alan Şirerə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.