İdman

AVRO-2028 İtaliyada keçirilə bilər

10 Fevral 2019 17:53
0 Şərh     Baxış: 321

İtaliya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edə bilər.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yerli mətbuata açıqlamasında deyib.

"Bu, bizim proqramımızda yer alan əsas ideyalardandır. Ümid edirəm ki, UEFA təklifimizi dəyərləndirəcək. UEFA və FIFA-nın bu layihənin reallaşmasına dəstək verməsi üçün əlimizdən gələni edəcəyik", - deyə federasiya prezidenti vurğulayıb.

Qeyd edək ki, növbəti qitə çempionatı 2020-ci ildə Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində keçiriləcək. 2024-cü ildə isə Avropa çempionatına Almaniya ev sahibliyi edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.