İdman

70 yaşlı futbolçu transfer olundu - FOTO

10 Fevral 2019 15:59
0 Şərh     Baxış: 752

Türkiyədə 70 yaşlı kişi futbolçu transfer olunub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Mardində 2-ci həvəskarlar liqası komandalarından "Kızıltəpə Gənclərbirliyispor" 70 yaşlı Şerif Kuntu heyətinə qatıb.

Osmaniyədə 2-ci həvəskarlar liqası klublarından "Karaçay Gənclikspor"dan transfer olunan Şerif Kunt yeni klubunda debüt edib. Meydana kapitan kimi çıxan 70 yaşlı futbolçu 5 dəqiqə oynayıb. Oyun "Kızıltəpə Gənclərbirliyispor"un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Şerif Kunt qol vurmadığı oyunda 9 nömrəli formanı geyinib. 

Hücum xəttində yer alan dünyanın ən yaşlı futbolçusu oyundan sonra verdiyi açıqlamada yeni klubunda ilk oyununa çıxdığı üçün çox xoşbəxt olduğunu və gözəl duyğular yaşadığını bildirib: "Həyatımın 55 ilini həvəskar futbola həsr etmişəm. Ötən il "Karaçay Gənclikspor"da oynayırdım. Gənclərə nümunə olmaq üçün gələn təklifi qəbul etdim. Bu gün meydana çıxdım və çox xoşbəxtəm. Gənclərə tövsiyyə edirəm ki, futbolu və idmanı sevsinlər. İdmanın, futbolun yaşı yoxdur. Yetər ki, o ruhu bədəndə yaşadaq".

"Kızıltəpə Gənclərbirliyispor" klubunun prezidenti Şükrü Kılınç isə 70 yaşlı futbolçu ilə bağlı bunları deyib: "Şerif Kutun bu bölgədə futbol oynamaq istədiyini eşidəndə dostlar vasitəsi ilə onunla əlaqə yaratdıq. Böyük əmək sərf edərək transferi reallaşdırdıq. O bizim böyük qardaşımızdı. Sağ olsun, təklifimizi qəbul etdi. Klubumuzu seçdiyi üçün ona təşəkkür edirik. Mövsümün sonuna qədər müavil imzalamışıq. Ən gənc idmançımız 14, ən yaşlısı isə 70 yaşındadır".

Mardin Həvəskar Futbolçular Dərnəyinin prezidenti Ziya Özkan isə Şerif Kuntun möhtəşəm performans sərgilədiyini bildirərək "Onun testlərdən keçirilməsini və analiz edilməsini istəyirik. 70 yaşında olduğunu hiss etdirmir. Oyunboyu qaçır. Böyük əmək sərf edir. Gənclərə örnək olacağına inanırıq" deyib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.