İdman

4-cü liqa klubundan şok: ölən futbolçunun transferindən pay tələb edir

10 Fevral 2019 16:06
0 Şərh     Baxış: 897

Fransa təmsilçisi "Nant"dan Uelsin "Kardiff Siti" klubuna transfer olunduqdan sonra təyyarə qəzasında həlak olan Emiliano Sala ilə bağlı "pay davası" başlayıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Manş dənizi üzərində qəzaya uğrayan təyyarədə həyatını itirən argentinalı futbolçunun transferindən İspaniyanın "Plagets de Kalviya" klubu pay tələb edir.

Belə ki, Sala 16 yaşı olarkən bir neçə ay bu klubun formasını geyinib. Hazırda 4-cü liqada çıxış edən ispan klubu transferdən "yetişdirmə haqqı" olaraq paylarına düşən vəsaitin hesablarına köçürülməsini tələb edir.

Klubun prezidenti Armando Peres Kosta bununla bağlı açıqlamasında "Əgər oyunçuların yetişdirilməsi ilə bağlı beynəlxalq qaydalar varsa, bizim də payımıza düşən haqqı tələb etmək hüququmuz var. Bununla bağlı FIFA-ya müraciət etmişik" deyib.

Qeyd edək ki, "Kadriff Siti" Salanı 17 milyon avroya transfer etmişdi. Bu klub tarixinin transfer rekordudu.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.