İdman

"Barcelona" müdafiə xəttini gücləndirmək istəyir

10 Fevral 2019 14:09
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lyon"un futbolçusu Ferlan Mendi karyerasını İspaniyada davam etdirə bilər. 

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, "Barcelona" sol cinah müdafiəçisini heyətinə qatmaq niyyətindədir.

Kataloniyalılar 23 yaşlı fransalını yayda transfer etməyə qərar verib. Lakin "Barcelona" rəhbərliyi bu keçidin baş tutmamasından ehtiyatlandığı üçün ehtiyat variant da fikirləşib.

Mendinin transferi həll olunmasa, "Atletico"da çıxış edən Filipe Luis sol cinahı gücləndirmək üçün heyətinə qatılacaq. 33 yaşlı futbolçu yayda azad agent statusu daşıyacaq.

Qeyd edək ki, "Barcelona" "Betis"dən Junior Firponu da istəsə də, onun qiymətinin 50 milyon avrodur. Bu üzdən kataloniyalılar digər variantlara üstünlük verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.