İdman

Türk futbolçuya fantastik təklif

10 Fevral 2019 12:00
0 Şərh     Baxış: 2 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın futbolçusu Çingiz Ünder Avropa nəhənglərinin diqqət mərkəzindədi.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu "Arsenal" və "Bavariya" heyətinə qatmaq istəyir. İddialara görə, hər iki klub Türkiyə millisinin üzvü üçün italyanlara 50 milyon avro təklif edir. Bu transfer baş tutsa, Çingiz Ünder ən bahalı türk futbolçu kimi tarixə düşəcək.

Bu arada "Roma" türk futbolçunun müqaviləsini artırmaq qərarına gəlib. Paytaxt təmsilçisi yeni müqavilədə hücumçunun maaşını 1 milyon avrodan 3 milyona qaldırmaq niyyətindədi.

Qeyd edək ki, "Roma" Çingiz Ünderi 2017-ci ilin yayında "Başakşəhər"dən 13,4 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 25 rəsmi matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.