İdman

"AFFA ilə danışıqlar bir neçə günə yekunlaşacaq" - Nikola Yurçeviç

9 Fevral 2019 21:43
1 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hələ ki, heç nə deyə bilmərəm. Danışıqlarımız hələ bitməyib".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb...

Azərbaycan yığmasında AVRO-2020-yə yüksələcək potensial görürsünüz?

- Hələlik heç nə deyə bilmərəm. Bizim danışıqlar hələ ki, davam edir. Danışıqlar bitəndən sonra bu barədə danışmaq olar.

Danışıqlar nə zaman bitəcək?

- Yəqin ki, bir neçə gün ərzində danışıqlar yekunlaşacaq.

Bu gün meydanda Azərbaycan milli komandasının bir çox üzvü çıxış edirdi. Həmin oyunçularla hansı nəticəni əldə etmək olar?

- Bəzi oyunçuları bundan əvvəl də tanıyırdım və oyunlarını izləmişəm. Fikrimcə, oyunçuların bacarıqları və keyfiyyətləri yetərincədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.