İdman

“Hay-küylü oyun oldu” – Sənan Qurbanov

9 Fevral 2019 19:36
0 Şərh     Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbolçulara təşəkkür düşür, oyuna yaxşı kökləndilər. Tapşırığın öhdəsindən gəldilər".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 16-cı turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bir az hay-küylü oyun oldu. Sona doğru ajiotaj vardı. Sürətli komandayla qarşılaşmışdıq. Komandamızda oyun intizamsızlığı yoxdur. Bu baxımdan axsaqlıq görmədim. Bu gün bir az köklənmək baxımdan narahatlığım vardı. Şükür ki, bu, baş vermədi" - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.