İdman

Çempionlar Liqasına görə sərvətdən imtina etdi

9 Fevral 2019 18:33
0 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qış transfer pəncərəsi dövründə "Latsio"dan "Yuventus"a keçən Martin Kasereslə bağlı maraqlı iddia ortaya atılıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatı Kaseresi Yaponiyanın "Vissel Kobe" klubunun da transfer etmək istədiyini iddia edib.

Xəbərdə heyətində Andres İnyesta və Lukas Podolski kimi futbolçuları olan Yaponiya təmsilçisinin Kaseresə illik 9 milyon avro məvacib alacağı müqavilə təklif etdiyi bildirilib. Lakin uruqvaylı müdafiəçi Çempionlar Liqasını qazanmaq üçün "Yuventus"u seçib.

Kaseres daha əvvəl "Barselona" ilə, 2008/09 mövsümündə Çempionlar Liqasının qalibi olub.

31 yaşlı müdafiəçi "Yuventus"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.