İdman

Ərdoğan futbol klubu yaratdı - "Cumhurbaşkanlığıspor"

6 Fevral 2019 15:13
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada futbol klubunun yaradılmasına qərar verib. 

Milli.Az federasiyanın saytına istinadən xəbər verir ki, Prezident Administrasiyasının nəzdində yaradılan klub "Cumhurbaşkanlığıspor" adlandırılıb. Yeni yaranan klub "Ankara-2" həvəskar futbol liqasında çıxış edəcək. 

"Cumhurbaşkanlığıspor" Ankarada yetişən futbolçuları heyətinə cəlb etməyə və tezliklə peşəkar səviyyəyə qalxmağa çalışacaq. 

Türkiyə mətbuatının yazdığına görə isə, klub hazırda Türkiyə I Liqasında mübarizə aparan "Osmanlıspor"un adını alacaq və növbəti mövsüm Super Liqaya vəsiqəni hədəfləyəcək.

Elçin Əlixan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.