İdman

Bu da oldu - Futbolda ilk dəfə robot məşqçi

24 Yanvar 2019 20:39
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin 7-ci liqasında mübarizə aparan "Vinqeyt Finçli" klubu yaşıl meydanlarda bir ilkə imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 7-ci liqa klubu, baş məşqçi vəzifəsinə robot gətirərək, yenilik edib. Klubdan verilən açıqlamada bildirilir ki, süni zəka vasitəsilə ən yaxşı komandanı yaratmaq üçün bəzi oyunlarda süni intellektdən istifadə ediləcək.

Robot baş məşqçinin ilk oyunu 9 fevralda həvəskar komandalardan olan "Vaytitehok"la keçiriləcək qarşılaşmaya təsadüf edəcək. Süni intellekt vasitəsilə bu oyunun start heyətləri, düzülüşü və taktiki sxemi müəyyənləşdiriləcək.

Komandanın baş məşqçisi Deyv Norman da bu yeniliyə dəstək olaraq, "Futbolun əsası, komandanı idarə edən insan olsa da, robot olsa da, eynidir. Bu sistemin uğurlu olacağına inanıram" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.