İdman

İrqçiliyə məruz qalan futbolçu həbs olundu - Qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur

24 Yanvar 2019 14:56
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Fulhem" klubunun futbolçusu Abubakar Kamara həbs olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur. İnsident yanvarın 21-də London təmsilçinin bazasında baş verib. Fransalı forvard gələcək karyerasını müzakirə etmək üçün "Fulhem"in icraçı direktoru Alister Makintoşla görüşə gələn zaman mühafizəçilərlə dalaşıb.

İnsidentlə bağlı klub rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir ki, Kamaranın klubun Motspur Parkdakı bazasına girişi qadağandır: "Hadisəyə dərhal müdaxilə etdikləri üçün polis əməkdaşlarına minnətdarıq. Futbolçunun kluba aid tədbirlərdə iştirakı da qadağandır. Təhlükəsiz əmək şəraitinin təmin olunması naminə istintaqla sıx əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, Kamara daha əvvəldə klub tərəfindən inzibati cəzalarla üzləşib. O, Premyer Liqanın XX turunda "Haddersfild" ilə matçın 82-ci dəqiqəsində topu komanda yoldaşı Aleksandr Mitroviçdən alaraq penaltini qeyri-dəqiq yerinə yetirdiyi üçün irqçi təzyiqlərə məruz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.