İdman

"Monako" Anrini istefaya göndərir, Jardimi gətirir

24 Yanvar 2019 14:38
0 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Monako"da yaxın vaxtlarda baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, knyazlıq təmsilçisinin yaxın 48 saatda Leonardu Jardimi yenidən klubun baş məşqçisi təyin edəcəyi iddia olunub. Bu halda o, hazırkı çalışdırıcı Tyerri Anrini əvəzləyəcək.

Baş məşqçi dəyişikliyinə səbəbin komandanın cari mövsüm uğursuz çıxışı olduğu bildirilib.

Qeyd edək ki, Jardim 2014-cü ildən 2018-ci ilin oktyabrına kimi "Monako"nu çalışdırıb. Sonra o, istefaya göndərilərək komandanın başına T.Anri gətirilib.

Əlavə edək ki, "Monako" hazırda Fransa liqasında 15  xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasında qrup mərhələsini sonuncu pillədə başa vurub, Fransa kubokunda mübarizəni dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.