İdman

"Qarabağ"ın futbolçusundan maraqlı bənzətmə - "Su polosu matçında heç-heçə qeydə alınıb"

24 Yanvar 2019 13:16
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Yakub Jezniçak Türkiyənin Antalya bölgəsində Polşanın "Pyast" komandası ilə keçirilən yoxlama oyunundan sonra maraqlı paylaşım edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 33 yaşlı polşalı mərkəz müdafiəçisi güclü yağış altında baş tutmuş görüşü su polosu matçına bənzədib. O, şəxsi "Twitter" hesabında bunları yazıb: "Bu gün "Qarabağ" və "Pyast" komandaları arasında keçirilmiş su polosu matçında heç-heçə qeydə alınıb".

Qeyd edək ki, oyun "Gloria Sports Arena"nın əsas meydanında başlayıb. Lakin güclü yağış üzündən ikinci hissədə komandalar ehityat meydandan yararlanmalı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.