İdman

De Yonq rəsmən "Barselona"da - FOTO

24 Yanvar 2019 13:03
1 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu növbəti transferini reallaşdırıb. 

Milli.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Ayaks"dan Frenki de Yonqu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. "Barselona" Frenki üçün "Ayaks"a 75 milyon + 11 milyon avro bonus ödəyəcək.

Hollandiyalı futbolçu 2019-cu ilin iyulunda "Barselona"ya qoşulacaq.

"Barselona" qış transfer pəncərəsi dövründə "Valensiya"dan Ceyson Murilyonu, "Sassuolo"dan Kevin-Prins Boatenqi heyətinə qatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.