İdman

"Tam istədiyim oyun olmadı" - Qurban Qurbanov

24 Yanvar 2019 12:54
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yoxlama oyunu çərçivəsində Polşanın "Pyast" klubuyla heç-heçə etdikləri matçdan sonra fikirlərini bildirib.

Milli.Az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis 1:1 hesabıyla bitən oyunu belə şərh edib:

"Hava şəraitinə görə tam istədiyim oyun olmadı, daha sürətli qarşılaşmanın keçməsini istəyirdim. Amma istənilən halda bu hava şəraitiylə razılaşmalıyıq. Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.