İdman

"Məğlubiyyətə layiq deyildik" - "Neftçi"nin legioneri

24 Yanvar 2019 08:13
0 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin yeni transferi Mamadu Kane Antalya toplanışı çərçivəsində Çexiyanın "Slovan" klubu ilə keçirilən yoxlama oyununu (1:2) şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qvineyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında çempionatın ikinci hissəsinin startınadək tam hazır olacaqlarını deyib:

"Yaxşı rəqiblə qarşılaşdıq. Bununla belə, məğlubiyyətə layiq deyildik. Çox çox yaxşı heyətimiz var. Ümumiyyətlə, komandaya uyğunlaşmaq mənim üçün çətin olmadı. Futbolçularımız mənə dostcasına münasibət göstərirlər. Onlarla oynamaqdan zövq alıram. İnanıram ki, çempionatın ikinci hissəsinin startınadək tam hazır olacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.