İdman

İtkin düşmüş futbolçu ilə bağlı inanılmaz iddia

23 Yanvar 2019 21:05
1 Şərh     Baxış: 2 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtkin düşmüş futbolçu Emiliano Salanın keçmiş sevgilisi inanılmaz iddia irəli sürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı model Berenis Şkeyr bunun arxasında mafiyanın dayandığını dilə gətirib: 

"Futbol mafiyasını araşdırın. Çünki mən bu qəzaya inanmıram".

Model keçmiş sevgilisinin olduğu təyyarənin radarlardan itməsi xəbərindən şoka düşdüyünü bildirib. 

"İstəyirəm ki, səhər oyanım və bunun bir yalan olduğunu desinlər. Xahiş edirəm, bunu araşdırın. Çünki bunun bir bədbəxt hadisə olduğuna inana bilmirəm. Xəbərlərdən səni tapdıqlarını oxumaq istəyirəm", - deyə Şkeyr "Instagram"da yazıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.