İdman

"İnter" futbolçusunu satışa çıxardı - 40 milyon avroya

23 Yanvar 2019 18:09
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "İnter" klubu futbolçusu İvan Perişiçi satışa çıxarıb.

Milli.Az "report"a istinadən xəbər verir ki, Milan təmsilçisi 29 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub. Xorvatiyalı dünya çempionunun xidmətində İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Atletiko" klublarının maraqlı olduqları bildirilir.

Qeyd edək ki, Perişiç 2015-ci ildən "İnter"də çıxış edir. O, cari mövsümdə A seriyasında 18 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.