İdman

Kişi futbol klubunda qadın məşqçi - İngiltərəli Nataşa

23 Yanvar 2019 16:49
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə futbolunun 9-cu divizion klubları hər zaman sponsor axtarışındadır. 2016-cı ilin yayında Arsley Town da sponsor axtarışına çıxmışdı. Klubun İnstagram səhifəsində yerləşdirdiyi "Sizin loqotip burada ola bilər" elanı cəmi 10 layk toplamışdı. Nəhayət, 2 ildən sonra sponsor tapıldı.

Komanda Londondan 1 saatlıq məsafədə yerləşən Arlsi kəndinin sakinlərindən təşkil olunub. 6 il əvvəl hər şey yaxşı idi. Kənd təmsilçisi, hətta İngiltərə kubokunda çıxış etmək imkanı qazanmışdı. Sonradan vəziyyət tam dəyişdi: Arsley Town əvvəlcə 8-ci diviziona, oradan isə 9-cu diviziona yuvarlandı. Nə məşqçiləri, nə də futbolçuları saxlamaq üçün pul yox idi. Dağılmaqda olan komandanı Mett Endersbi və Ceyms Xetç idarə edirdi. Amma məşqçi tapmaq asan deyildi. Əvvəkli məşqçi kənddə öz təsərrüfatı ilə məşğul olurdu. Klub rəhbərliyi çox götür-qoydan sonra Nataşa Orçard Smitə zəng vurdu. Rus adı daşıyan bu qadın ingilis kökənli idi və uzun illər futbolda olmuşdu.

Kim idi bu Nataşa?

O, bir müddət Tottenham Ladies-in qapısını qorumuşdu. Sonralar uşaq komandasında 10 il məşqçi kimi çalışmışdı. Oğlu Con anasından futbolun sirrlərini öyrənirdi. Amma Corc futbolçu olmadı. New Hope Club adlı pop qrupu yaratdı və yüz minlərlə fanat topladı. Nataşa Arsenal-ın diqqətini cəlb etmişdi. Onu klubun qızlardan ibarət U-10 komandasına dəvət etdilər. London klubunda cəmi 10 ay işləmişdi ki, Arsley Town-dan dəvət aldı. Beləliklə, ingiltərəli Nataşa, kişilərdən ibarət futbol klubunun baş məşqçisi oldu. Bu, İngiltərədə ilk hadisə idi. Endersbi deyir: "Dünyada bir standart var: kişi klubunun məşqçisi kişi olmalıdır. Biz standatdan kənara çıxdıq. Nataşa ağıllı qadın, əla mütəxəssisdir. 20 illlik futbol təcrübəsi var. Düşündük ki, belə bir qadına şans verməyə dəyər. Bilirdiki, qeyri-adi bir işdir. Bununla belə, İngiltərədə ilkə imza atmaqdan qorxmadıq. Burada təəccüblü heç nə yoxdur. Hələ bəlkə, başqaları bizdən nümunə götürə bilər".

Nataşa işə uğurlu başladı. Hazırda bu xanım məşqçinin komandası 9-cu divizionda turnir cədvəlində 6-cı pilləni tutur. 22 oyunda 38 xal toplamağı bacarıb. Ötən mövsüm vəziyyət tam başqa idi. Cəmi 14 xal toplayan Arsley sonuncu pillədə qərarlaşmışdı. 42 oyundan 34-ündə məğlub olmuşdu. Dörd matçın hər birində 5-dən çox qol buraxan klub mövsüm ərzinddə qapısında 123 qol görmüşdü. Onu da deyək ki, Arsley Town-un məşqləri həftə ərzində 2, bəzən 3 dəfə keçirilir. Futbol, komandanın üzvləri üçün, bir növ, əyləncədir. Futbolçular kənddəki təsərrüfat işlərini başa vurandan sonra məşqə gəlir. Bununla belə, baş məşqçi hər şeyin qaydasında olduğunu deyir: "Klubun maliyyə problemi var. Digər məsələlərdə çətinliyimiz yoxdur. Futbolçularım məni eşidir, tələb olunanlara əməl edirlər. Problemləri birlikdə müzakirə edirik. Bir-birimizi başa düşürük. Başqaları elə düşünür ki, kişilərlə işləmək çətindir. Amma mən belə düşünmürəm. Bəlkə də qadının kişi klubunda məşqçilik etməsi daha yaxşıdır. Çünki bütün kişilər qadına hörmətlə yanaşır".

Dediyimiz kimi, Nataşa Orçard-Smit İngiltərədə kişi komandasını çalışdıran ilk qadın məşqçi sayılır. Lakin bu, Böyük Britaniyaya aid deyil. "Ənənə" bu ölkədə şotlandiyalı xanım Şelli Kerlə başlayıb. 2014-cü ildə ilk dəfə məhz bu xanım Sterling Universitetinin kişilərdən ibarət futbol komandasını çalışdırıb.

Dünyada kişi futbolçularla işləyən ilk qadın-məşqçi isə xorvatiyalı Timçan Nemçiç hesab olunur. 24 yaşlı xanım ilk işinə 2012-də Viktoriya Vakovacklubunda başlayıb. 6-cı liqa klubuna dəvət alana qədər "Miss idman Xorvatiya" müsabiqəsinin qlibi olub. Baş məşqçi həm də erotik pozalarda fotosessiyaları ilə məşhurdur.

Yeri gəlmişkən deyək ki, dünyada ilk dəfə məhz Xorvatiya millisi məşqçilər korpusunds zərif cinsin nümayəndəsinə yer verib. DÇ-2018-də İva Solivari adlı xanımın millinin ehtiyat oyunçular skamyasında əyləşdiyini, yəqin ki, çoxları xatırlayır. İva Xorvatiya millisinin FİFA, UEFA və digər futbol assosiasiyaları ilə əlaqəsini qurur.

Goal.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.