İdman

Hazard "Real"la anlaşdı - 5 illik müqavilə imzalanacaq

23 Yanvar 2019 17:59
1 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard karyerasını "Real"da davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu "kral klubu" ilə anlaşıb. Madirdlilərlə şəxsi müqaviləni razılaşdıran 28 yaşlı oyunçu İspaniyada illik 13 milyon avro qazanacaq. Əgər "Real" mövsümün sonunda La Liqa və Çempionlar Liqasında qalib olarsa, Hazard əlavə 2,5 milyon bonus əldə edəcək. Bundan başqa, "Qızıl top"u qazanacağı təqdirdə Edenə daha 1 milyon avro ödəniləcək.

Qeyd edək ki, Hazardın "Real"la 5 illik müqavilə bağlayacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.