İdman

Məşhur futbolçu I Divizion klubuna transfer oldu

23 Yanvar 2019 15:59
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin yeni klubu müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını vətənində I Divizion təmsilçisi "Estremadura"da davam etdirəcək. O, yeni klubu ilə 6 aylıq müqavilə bağlayıb.

Hazırda düşmə zonasında olan "Estremadura" 21 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Reyesin son iş yeri Çinin "Sintszyan Tyançan Leopard" klubu olub. O, İspaniyanın "Real Madrid", "Atletiko", "Sevilya", "Espanyol", "Kordoba", eləcə də İngiltərənin "Arsenal" və Portuqaliyanın "Portu" komandalarının formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.