İdman

"Barselona" transferi həll etdi - 90 milyon avroya

23 Yanvar 2019 13:35
0 Şərh     Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" növbəti transferini yekunlaşdırıb.

Milli.Az "Catràdio Esports"a istinadən xəbər verir ki, katalonlar "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqun transferini tamamlayıb. 21 yaşlı futbolçunun keçidi 90 milyon avroya başa gəlib. Transferin tezliklə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Villem II" yetirməsi olan Hollandiya millisinin üzvü 2015-ci ildə "Ayaks"a keçib. De Yonq "Ayaks" tarixində satılan ən bahalı futbolçu olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.