İdman

"Tottenhem"də daha bir ciddi itki

23 Yanvar 2019 13:26
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in futbolçusu Dele Alli zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda "Fulhem"lə matçda zədə alıb.

Tibbi müayinədən keçən ingilis futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Onun martın əvvəli məşqlərə qayıdacağı gözlənilir.

Qeyd edək ki, Allidən öncə komandanın əsas qol silahı Harri Keyn sıradan çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.