İdman

"Neftçi" transferi VİDEO ilə açıqladı - Yunanıstanlı hücumçu rəsmən "ağ-qaralar"da

23 Yanvar 2019 10:06
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Transfer çalışmalarını davam etdirən "Neftçi" yeni futbolçu ilə anlaşıb.

Milli.Az xəbər verir ki, "ağ-qaralar" Yunanıstan Super Liqasında çıxış edən OFI klubundan Vanqelis Platellasın transfer edib. Paytaxt klubu Facebook səhifəsində bununla bağlı video paylaşıb. 30 yaşlı vinqerlə müqavilənin şərtləri barədə məlumat verilməyib.

Qeyd edək ki, AEK, "Atromitos", "Aris" kimi klublarda çıxış edən futbolçu ötən ildən OFI-də oynayırdı. Platellas 2015-ci ildən Yunanıstan millisinə ara-sıra dəvət alır. Lakin o, yığmada debüt şansı qazanmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.