İdman

Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

22 Yanvar 2019 23:14
0 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Nant" klubundan "Kardiff"ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərində radarlardan itib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İngiltərə Premyer Liqası təmsilçisinə 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi.

Lakin saat 20:00-da "PA 46 Malibu" markalı özəl təyyarə ilə əlaqə kəsilib.

Axtarış xilasetmə işlərinə iki helikopter və gəmi cəlb olunub. Hələlik heç bir nəticə əldə edilməyib.

Bu səbəbdən Fransa kubokunun "Sannua" - "Nant" matçı başqa vaxta keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.