İdman

"Heyətimizdə yeni futbolçular da olacaq" - Samir Abasov

22 Yanvar 2019 21:12
0 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hava şəraiti bütün hazırlıq proqramımızı, planlarımızı pozdu. Açığı, Antayaya gələndən ilk gündü normal havada çalışdıq. Bu gün komandamın bəlkə də ağır olmağı bu səbəblərdəndir. Buna baxanda ilk oyunda həddən artıq yaxşı təsir bağışladıq. Ancaq bu gün futbolçularımızın ağır olmağını başa düşürəm. Yağışlı hava, palçıqlı meydança öz təsirini göstərirdi. Bunlar bir az artıq yüklənməyimizə səbəb oldu. Ancaq inanıram ki, getdikcə daha gümrah olarıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Antalyada təlim-məşq toplanışıçərçivəsində "Paksi"yə (Macarıstan) 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

O, heyətdə yeni futbolçular da olacağını bildirib: "Təəssüf ki, ilkin olaraq anlaşdığımız futbolçular buradakı toplanışımza qoşula bilməyəcəklər. Bütün məsələlər müsbət yekunlaşacağı təqdirdə onlar Bakıda komandamıza qoşulacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.