İdman

Konor əl çəkmir: Rusiyada Həbiblə döyüşmək istəyirəm...

21 Yanvar 2019 21:54
1 Şərh     Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt qarışıq döyüş növləri (MMA) üzrə idmançı Konor Makqreqorun planları haqqında danışıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, irlandiyalı döyüşçü təşkilatın rəhbərinə UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədovla Rusiyada döyüşməyə hazır olduğunu vurğulayıb.

"Konor ən yaxşı boksçularla mübarizə aparmağa hazırdır. O, mənə Həbiblə Rusiyada döyüşmək istədiyini bildirib", - deyə UFC-nin rəhbəri qeyd edib.

Bundan əvvəl Makqreqor amerikalı Donald Serroneyə qarşı döyüşməyə də hazır olduğunu bildirmişdi. Donald Serrone Bruklində keçirilən "UFC Fight Night 143" turnirində texniki nokautla rəqibini məğlub etdikdən sonra irlandiyalı MMA döyüşçüsü ilə mübarizə aparmaq istədiyini söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.