İdman

Sebastyan Fettel: "Mixael Şumaxer oğlu ilə fəxr edəcək"

21 Yanvar 2019 23:16
0 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 1 yarışlarının dördqat dünya çempionu Sebastyan Fettel Çempionların yürüşündən təəssüratlarını bölüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, Mik Şumaxerlə birlikdə Mexiko trasında Almaniya komandasını təmsil edib. Finalda onların dueti Tom Kristensen və Yoxan Kristofferson duetinə uduzub.

"Planet F1" Sebastyan Fettelin bu sözlərini sitat gətirib: "Çempionların yürüşündə Mixail Şumaxerin komanda yoldaşı kimi onu müşahidə etdiyimi xatırlayıram. İndi isə onun oğlu ilə bir komandada çıxış edirəm. Bu, xüsusi hadisədir. Çempionların yürüşü böyük hadisədir. Bu, unikal ab-havası olan əla tədbirdir. Burada müxtəlif kateqoriyalı pilotlar çıxış edirlər.

Nəticədən məmnun qala bilərik. Burada finala çıxmaq asan iş deyil. Rəqiblərimizin hər ikisi çempion idi. Bu texnika onlara yaxşı tanışdır. Mən yüz faiz əminəm ki, Mixael Şumaxer oğlu fəxr edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.