İdman

"Roma"da ciddi itki

20 Yanvar 2019 18:23
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma ciddi itkiylə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Cengiz Ünder İtaliya A Seriyasının 20-ci turunda Torino ilə matçda sıradan çıxıb.

6-cı dəqiqədə zədələnərək, meydanı tərk edən futbolçu uzun müddət oynamayacaq. Komandanın baş məşqçisi Eysebio Di Françesko türkiyəli ulduzun zədəsi barədə bunları deyib: "Dəqiq budur ki, Cengiz uzun müddət bizimlə olmayacaq. Əzələsində ciddi ağrılar var. Uzun müddət oynamayacaq".

21 yaşlı sağ cinah vinqeri cari mövsüm "canavarlar"ın heyətində 25 oyuna 6 qol vurub, 9 assist edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.