İdman

Modriç söhbətlərə son qoydu

20 Yanvar 2019 17:07
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın yarımmüdafiəçisi Luka Modriç "kral klubun"dan ayrılacağı ilə bağlı söz-söhbətlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu yayılan məlumatları təkzib edib. "Qızıl top"un son sahibi Madriddə özünü xoşbəxt hiss etdiyini söyləyib:

"Gələcəyimlə bağlı rahatam. Mənim "Real"la hələ 18 aylıq müqaviləm var. Ancaq mən burada daha uzun müddət qalmaq istəyirəm. "Real"da xoşbəxtəm və möhtəşəm azarkeşlərimizə daha çox sevinc bəxş etmək istəyirəm".

Qeyd edək ki, 2012-ci ildən Real-da çıxış edən Modriçin uzun müddətdir İnter-ə keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.