İdman

Butsularını dəyişərkən zədələndi

20 Yanvar 2019 14:30
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Fulham" klubunun müdafiəçisi Alfi Mouson Premyer Liqanın 23-cü turunda "Tottenham"ə qarşı keçiriləcək oyun ərəfəsində qəribə vəziyyətdə zədə alıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunçu butsularını dəyişən zaman zədələnib. Bunu jurnalistlərə komandanın baş məşqçisi Klaudio Ranyeri danışıb.

"Bütün bunlar çox qəribədir, Alfi, sadəcə, butsularını dəyişirdi və inanılmaz dərəcədə zədə aldı. İndi mən onun xidmətindən nə zaman yararlanacağımı bilmirəm".

24 yaşlı Alfi Mouson "Fulham"ə 2018-ci ilin yayında 20 milyon funta "Swansea"dən keçib. O, cari mövsümdə İngiltərə çempionatının 13 oyununda meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.