İdman

Roysdan "Bayern Münhen" açıqlaması: "Söz verirəm ki..."

20 Yanvar 2019 13:37
1 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Borussiya"nın (Dortmund) almaniyalı futbolçusu Marko Roys "Bayern Münhen"ə keçmə ehtimalı haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu heç vaxt Münhen klubuna transfer olunmayacağını deyib:

"Mən və "Bayern Münhen"? Söz verirəm, məni heç vaxt "Bayern Münhen" formasında görməyəcəksiniz. Həm də mənim yaxında 30 yaşım olacaq, "Bayern Münhen" də gəncləşməyə çalışır".

2012-ci ildə Münhenqladbax "Borussiya"sından 17 milyon avro müqabilində transfer olunan Roys bu mövsüm iştirak etdiyi 24 oyunda 14 qol vurub, 9 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.