İdman

"Qolların hamısını başla vurmağımız məni sevindirdi" - Qurban Qurbanov

19 Yanvar 2019 22:57
0 Şərh     Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Anyalya toplanışı çərçivəsində Çexiyanın "Bohemians" klubu ilə yoxlama oyununda  3:1 hesabı ilə qalib gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov görüş haqda fikirlərini bildirib.

- Əzmkar qələbəni şərh etməyinizi istərdik. Xüsusilə 0:1-dən sonrakı hissəni..

- Ümumən çox yaxşı, sakit oyun alındı. Hər 2 komanda çox nizam-intizamlı oynadı. Əlbəttə, hesab belə oyunlarda bizim üçün önəmlidir. Ancaq ondan da önəmli olan detallar var idi ki, onları meydanda görmək istəyirdim. Bunu həqiqətən gördüm. Hərçənd, hesabda 0:1 uduzurduq, ancaq futbolçular yenə oyun nizam-intizamını qoruyub saxladılar. Qələbəni oyunla əldə etmək istədilər və sonda şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Düşünürəm ki, bugünkü qarşılaşma ilk oyundan daha dinamik alındı. Bunu gözlədiyimi birinci matçdan sonra söyləmişdim. Bu görüşdə səhvlərimiz az oldu. Oyunun gedişatından razı qaldım.

- Hər 3 qolu başla vurmağınız diqqət çəkir...

- Normaldır, futbolda belə hallar olur. Qollarımızın ikisi standart vəziyyətdən vuruldu. Ümumiyyətlə, qapımız qarşısında da standart vəziyyətlərdən sonra təhlükələr oldu ki, bu da daha diqqətli olmağımızı sövq edir. Futbolçularımız bunu ikinci hissədə edə bildilər, rəqib futbolçulara daha yaxın oynadılar. Açığı, belə hallar, qolları başla vurmağımız məni sevindirdi. Çünki futbolda görürsən ki, gözəl qolların çoxu başla olur.

- "Qarabağ" Britaniya üslubuna keçir?

- Sizə elə gördünüz?

- Üç qolun hamısı başla...

- Yox, oyunun gedişatına baxaq. Qollar belə olsa da, futbolçular oyunda daha məsuliyyətli görünür.

-   O da maraqlıdır ki, qallarınızın hamısını legionerlər vurdu, yerli futbolçuların yenə ayağı açılmayıb. Mahir Mədətovun bu dəfə də yüzfaizli qol imkanı olsa da, hesab 0:1 olarkən boş qapını dəqiq nişan ala bilmədi. Yerli futbolçularda problem  nədir?

- Məncə, bu gün belə problem axtarmaq lazım deyil. Yerli futbolçulardan hücum xətttində təkcə Mahir idi. Qalanları demək olar daha çox müdafiə sahəsində idi. Düşünürəm ki, onların hər biri üzərində düşən vəzifəni düzgün yerinə yetirə bildi. Mahir bu matçda qol vurmadı, inşallah, gələn qarşılaşmada fərqlənər. Problem deyəndə ki, hücum xəttində yerli futbolçuların azlığı vardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.