İdman

İquainin “Çelsi”yə keçidinin detalları məlum oldu

19 Yanvar 2019 18:44
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Milan" klubunun "Yuventus"dan icarəyə götürdüyü Qonsalo İquainin İngiltərə təmsilçisi "Çelsi"yə keçidinin detalları məlum olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, londonlular 32 yaşlı hücumçunu 9 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürəcəklər. Həmin müddət başa çatdıqdan sonra "Çelsi"nin argentinalı forvardı "Yuventus"dan 36 milyona avroya almaq hüququ da olacaq.

Lakin "zadəganlar" irəli sürdükləri 3 şərtdən birinin reallaşacağı təqdirdə, İquaini transfer edəcəklər. "Çelsi" Premyer Liqada ilk "üçlük"də finiş etsə və argentinalı ən azı 1 qol vursa, İquain İngiltərə çempionatından ən azı 15 qol vursa və ya London klubu Avropa Liqasını qazansa, forvard isə ən azı 5 qol vursa, 36 milyonluq keçid baş tutacaq.

Qeyd edək ki, İquain cari mövsümdə A Seriyasında 15 oyuna 6 qol vurub və 1 məhsuldar ötürmə verib. "Milan" argentinalı hücumçunu ötən yay 18 milyon avroya "Yuventus"dan icarəyə götürüb. Lakin "qırmızı-qaralar" müqavilədə yer alan 36 milyon avroya birdəfəlik transfer etmək hüququndan yararlanmaq istəmirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.