İdman

"Manchester United" Marsialla razılığa gəldi

19 Yanvar 2019 18:39
0 Şərh     Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Manchester United" futbolçusu Antoni Marsyalla yeni müqavilə bağlayacaq.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, tərəflər 5 il sözləşmənin imzalanması üçün razılıq əldə ediblər. 23 yaşlı fransalı hücumçunun hazırkı sövdələşməsi 30 iyun 2020-ci ilə qədərdir.

Qeyd edək ki, Marsyal 2015-ci ilin yayında 36 milyon funt sterlinq qarşılığında Fransa "Monaco"sundan "Manchester United"də keçib. O, cari mövsümdə keçirdiyi 23 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.