İngiltərənin "Kardiff Siti" klubu hücum xəttinə yeni futbolçu alıb.
Milli.Az futbolpress.az-a istinadən Premyer Liqa təmsilçisi Fransa I Liqasında çıxış edən "Nant"ın forvardı Emiliano Salanı transfer edib. 28 yaşlı oyunçunun keçidi "Kardiff Siti"yə 22,5 milyon avroya başa gəlib. Bu, klub tarixinin ən bahalı transferi olub.
Argentinalı hücumçu "Nant"a 2015-ci ildə "Bordo"dan 1 milyon avroya keçib.
Milli.Az