İdman

İtaliyada oyunlar dayandırıla bilər - İrqçiliyə görə

19 Yanvar 2019 14:19
1 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya Futbol Federasiyası daxili yarışlarda irqçiliyin qarşısını almaq üçün yeni tədbirlər hazırlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qurumun prezidenti Qabriele Qravina mətbuata açıqlamasında bu cür hallarda oyunun dayandırıla biləcəyini bildirib. Ancaq o, bunun qaydalar çərçivəsində ediləcəyini söyləyib:

"Ötən həftə Matteo Salvini (Daxili İşlər Naziri) bununla bağlı öz təklifini irəli sürüb. Nazirin fikirlərinə hörmət edirəm, amma federasiya FİFA və UEFA-nın reqlamentinə riayət etməlidir. İcraiyyə Komitəsinin növbəti iclasında oyunların dayandırılması qaydalarını sadələşdirəcəyik. Oyun vaxtı irqçi şüarlar səsləndirilərsə, stadion diktorunun anonsundan sonra qarşılaşma müvəqqəti olaraq dayandırılacaq və komandalar meydanın mərkəzinə gələcəklər. Əgər bu hal davam edərsə, futbolçular paltardəyişmə otağına yollanacaqlar. Bundan sonra oyunun davam etdirilib-etdirilməyəcəyinə stadionun təhlükəsizlik xidməti qərar verəcək".

Qeyd edək ki, bu mövsüm İtaliyada qara dərili futbolçulara qarşı irqçilik hadisələri artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.