İdman

"Həm oyunu, həm də nəticələri yaxşılaşdırmalıyıq" - Cavid Hüseynov

19 Yanvar 2019 10:34
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" mövsümün ikinci yarısına hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirir.

Milli.Az xəbər verir ki, "qırmızı-qaralar"ın kapitanı Cavid Hüseynov təlim-məşq toplanışı barədə fikirlərini klubun saytına açıqlayıb:

"Qış təlim-məşq toplanışının Bakıda təşkil olunan mərhələsinin ilk günlərində əsasən fiziki hazırlığa üstünlük verdik. Hesab edirəm ki, bu proses normal keçdi. Artıq gücümüzü bərpa etmişik. Antalyada isə daha çox oyun praktikası qazanmağa çalışırıq. Üç gündən bir oyun keçirəcəyik. Artıq ilk matç baş tutub. Bakıdakı görüşü saymasaq, bu qarşılaşma istirahətdən sonra ilk matçımız idi. Zədəli Stiven Monrozla Ceyms Adeniyi də oynamırdı. Ümumilikdə matçı normal qiymətləndirmək olar. Əsas bundan sonrakı qarşılaşmalardı. Həm oyunu, həm də nəticəni yaxşılaşdırmalıyıq".

Təcrübəli yarımmüdafiəçi komanda daxilindəki durumu da yüksək qiymətləndirib: "Hər şey yaxşıdı. Komandada yüksək əhval-ruhiyyə hökm sürür və səylə çalışırıq. Hazırlıqla bağlı hər hansı problem yoxdur. Oyundan oyuna artırmağın üzərində çalışmalıyıq ki, mövsümün ikinci yarısının startına tam hazır olaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.