İdman

“Səbail” İsveçrə klubu ilə heç-heçə oynayıb - YENİLƏNİB - FOTO

19 Yanvar 2019 19:52
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:52

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail" klubu bu gün ikinci yoxlama oyununa çıxıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv İsveçrə "Sürix"i ilə qarşılaşıb.

"Miracle Resort" İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 37-ci dəqiqədə Ağabala Ramazanov açsa da, 79-cu dəqiqədə Marko Şönbaxler bərabərlik qolunu vurub. Bununla da "Səbail" qələbə hesabını qoruya bilməyib.

Yoxlama oyunu

19 yanvar

17:00. "Səbail" - "Sürix" (İsveçrə) 1:1

Qollar: Ağabala Ramazanov, 37 - Marko Şönbaxler, 79

"Miracle Resort" İdman Kompleksinin stadionu

Qeyd edək ki, "Səbail" ilk yoxlama oyununda Macarıstan "Aqvital"ını yenib - 3:2.

08:08

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Səbail" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Aftandil Hacıyevin komandası İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Yüksək liqa təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail" ilk sınaq matçında  Macarıstanın  "Aqvital" klubuna 3:2 hesabı ilə qalib gəlib.

19 yanvar

Yoxlama oyunu

17:00. "Səbail" (Azərbaycan) - "Sürix" (İsveçrə)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.