İdman

Zidanla Ronaldu qovuşur

18 Yanvar 2019 19:19
1 Şərh     Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"dən ayrılaraq bir müddət dünya gündəminə düşən baş məşqçi Zinəddin Zidan özünə yeni komanda tapıb.

Milli.Az publika-ya istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis "Yuventus"a rəhbərlik edəcək.

İspaniyanın "Don Balon" nəşrinin xəbərinə görə, Zidan artıq klubla razılaşıb.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted" klubu Zidanın xidmətində maraqlı idi. Joze Mourinyonun qovulmasından sonra klub bu transfer barəsində ciddi addımlar atmağa başlamışdı.

Xatırladaq ki, bundan öncə "Real"ın ulduzu Kriştianu Ronaldu gözlənilməz şəkildə "Yuventus"a transfer olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.