İdman

Futboldakı qanunsuzluqları ifşa edən jurnalist öldürüldü

18 Yanvar 2019 14:41
1 Şərh     Baxış: 2 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanada futboldakı qanunsuzluqları araşdıran jurnalist Əhməd Hüseyin-Suale qətlə yetirilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, jurnalistə işdən çıxıb evə gedərkən sui-qəsd edilib. Motosikiletlə Əhməd Hüseyin-Sualeyə yaxınlaşan qatillər ona 3 dəfə atəş edib. Jurnalist hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Əhməd Hüseyin-Suale ötən il futboldakı qanunsuzluqları ortaya çıxaran sənədli filmin çəkilməsində iştirak edib. Sənədli filmdə 77 hakim və daha sonra Qana Futbol Federasiyasının prezidenti olan Kvesi Nyantakyini rüşvət almaqda günahlandırılırdı.

Sənədli filmdən sonra Qana Futbol Federasiyası ləğv olunmuş, üzr istəyərək olayı "düşüncəsizlik" adlandıran Nyantakyi FIFA tərəfindən futboldan kənarlaşdırılmışdı.

Olay ölkədə şok effekti yaratmış, Qana prezidenti Nana Afuko-Addo açıqlama verərək "Polisin bu iyrənc cinayətin günahkarlarını ən qısa zamanda cəzalandırmasını gözləyirəm" demişdi.

Jurnalistin qətli sənədli filmi hazırlayan qrupa qarşı kampaniyanın aparıldığı günlərdə baş verib. Belə ki, iqtidar partiyasının millət vəkillərindən Kennedi Aqyaponq Əhməd Hüseyin-Sualeni "təhlükəli" adlandırmış, fotolarını yayaraq onu döyənə pul verəcəyini bildirmişdi.

Əhməd Hüseyin-Sualenin çalışdığı qrupun başçısı olan tanınmış jurnalist Anas Aremeyav "Üzücü xəbərdir, amma susdurulmayacağıq. Rahat uyu, Əhməd" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.