İdman

Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşdi

18 Yanvar 2019 10:32
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sözügedən kollektiv çexiyalı Mixel Bilekə həvalə olunub. Bilek bu postda Stanimir Stoilovu əvəzləyib. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmır.

Bilek son olaraq ölkəsinin "Zlin" klubunda çalışıb. O, 2009-2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına kimi yüksəlib və bu mərhələdə Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.