İdman

Qattuzo cəzalandırıldı - Hakimi hədələyib söydüyünə görə

18 Yanvar 2019 09:57
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya Futbol Federasiyası "Milan"ın baş məşqçisi Cennaro Qattuzonu bir oyunluq cəzalandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna onun ölkə superkubokunda "Yuventus"a qarşı matçda (0:1) hakimə qarşı etdiyi hərəkətlər səbəb olub. Bildirilir ki, görüşün sonunda 41 yaşlı mütəxəssis hakimi hədələyib və onun qərarlarına etiraz edib. Bundan başqa o, mükafatlandırma mərasimindən əvvəl hakimi təhqir edib.

Beləliklə, C.Qattuzo A seriyasının 20-ci turunda yanvarın 21-i keçiriləcək "Cenoa" ilə oyunu buraxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.