İdman

Məşhur boksçunun adı hava limanına verilir

17 Yanvar 2019 16:49
0 Şərh     Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu və məşhur aktivist Məhəmməd Əlinin adı Kentukidə hava limanına veriləcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Louisvill yerli hava limanının adı "Lousvill Məhəmməd Əli Beynəlxalq Hava limanı" olaraq dəyişdiriləcək.

Məhəmməd Əlinin həyat yoldaşı Lonnie Ali verdiyi açıqlamada bununla qürur hiss keçirdiyini dilə gətirib: "Əli dünya vətəndaşı olmasına baxmayaraq, heç bir zaman öz vətənini unutmayıb".

Hava limanının idarə heyəti ad dəyişikliyini bir ildən çoxdur davam edən işlərin nəticəsi olaraq dəyərləndirib.

Qeyd edək ki, yaşasaydı, əfsanəvi boksçunun bu gün 77 yaşı olacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.